Müdafiə təyinatlı məmulatların istehsal həcmi 11,2 dəfə artıb
Bu gün Müdafiə Sənayesi Nazirliyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı “Müstəqil Azərbaycanın müdafiə sənayesinin yaradılmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan nazir Yavər Camalov respublikadakı hərbi sənaye kompleksinin Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra məhz onun şəxsi təşəbbüsü və gərgin əməyi sayəsində yaradıldığını söyləyib.
Yavər Camalov deyib ki, hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir çox müəssisənin - Elektron Hesablayıcı Maşınlar, “Alov”, Xaçmaz “Kondensator”, Tərtər “Elektromexanika”, Şirvan “Araz” zavodlarının, Milli Aerokosmik Agentliyin əsası 1970-1982-ci illərdə Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi illər öncə yaradılmasında əvəzsiz xidmətləri olmuş bu müəssisələrə sanki ikinci nəfəs verib. Müharibə vəziyyətində yaşayan Azərbaycanda hərbi-texniki bazanı gücləndirmək və bu sahədə xaricdən asılılığı azaltmaq məqsədilə Heydər Əliyev ilk olaraq “Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Bununla, yenicə müstəqillik əldə etmiş respublikada müdafiə sənayesinin inkişafının yeni mərhələsinə qədəm qoyulub.
Bu istiqamətdə aparılan məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla həyata keçirilir. Respublikanın müharibə vəziyyətində yaşamasını nəzərə alan və bu sahənin inkişaf etdirilməsini zamanın tələbi kimi dəyərləndirən ölkə başçısının Müdafiə Sənayesi Nazirliyinin yaradılmasına dair imzaladığı 16 dekabr 2005-ci il tarixli sərəncam bunun bariz nümunəsidir.
Dəyirmi masada Müdafiə Sənayesi Nazirliyinin qısa müddətdə əldə etdiyi uğurlardan da danışılıb. Qeyd edilib ki, nazirlik fəaliyyətə başladığı ilk gündən etibarən bir sıra mühüm işlər həyata keçirilib. Nazirliyin tabeliyində olan 14 müəssisə əsaslı şəkildə təmir edilib və beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Dünyanın bir çox inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətləri ilə sıx əməkdaşlıq qurulub. Artıq nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq sərgilərdə nümayiş olunur. İlk dəfə olaraq 2009-cu ildə Türkiyədə təşkil olunan “IDEF-2009” sərgisində 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi sonuncu qatıldığı “IDEF-2011” sərgisində 89 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib. Bu sərgi qısa müddət ərzində fəaliyyətə başlayan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məmulatlarla qatıldığı sayca altıncı sərgidir.
Nazirliyin fəaliyyəti ilə bağlı göstəricilərə nəzər salan dəyirmi masa iştirakçıları bildiriblər ki, 2011-ci ilin birinci yarısında istehsal olunan müdafiə təyinatlı məmulatların istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 dəfə, mülki məhsulların həcmi 14,0 faiz, cəmi məmulatların çeşid sayı 34 faiz artıb. 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə isə müdafiə təyinatlı məmulatlarda 81,9 dəfə, mülki məhsullarda 2,8 dəfə, cəmi məmulatların çeşid sayında 2,6 dəfə artım olub.
Yavər Camalov qısa zamanda respublikanın müdafiə sənayesinin inkişafında əldə olunmuş bu uğurları Prezident İlham Əliyevin ölkənin sənaye infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin nəticəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, bu gün dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikasının 6 il öncə yaradılmış Müdafiə Sənayesi Nazirliyi əldə etdiyi uğurlarla kifayətlənməyəcək, bundan sonra da Azərbaycanın müstəqillik tarixinə yazılacaq hər bir yeni ilə yeni-yeni nailiyyətlərlə imza atacaq. Tədbirin sonunda müdafiə sənayesi naziri dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı silsilə tədbirlərin nazirliyin tabeli müəssisələrində də geniş şəkildə qeyd ediləcəyini nəzərə çatdırıb və bununla bağlı müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib.

649