“Azərenerji” ASC-nin səhv köçürməsi aləmi qatıb
Vergi Apellyasiya Şurası vergi ödəyicisi kimi Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan “Ceneral Elektrik İnternational, İNK.” şirkətinin Azərbaycan Respublikasındakı filialında aparılmış səyyar vergi yoxlamasının nəticələrindən şikayətinə baxıb. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müəyyən edilib ki, şirkətin direktoru Samirə Baxşıyeva bu il avqustun 11-də ərizə ilə nazirliyə müraciət edilərək Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin 25 yanvar 2011-ci il tarixli qərarına əsasən GEİİ-nin Azərbaycan Respublikasındakı filialında 2009-cu ilin mart ayından 2010-cu ilin dekabr ayınadək olan dövrü əhatə edən səyyar vergi yoxlamasının aparıldığını, yoxlamanın gedişatında yoxlayıcı tərəfindən “Azərenerji” ASC-dən 2010-cu ilin dekabr ayında avans ödənişin alınmasının filial tərəfindən ƏDV bəyannaməsində əks etdirilməməsi məsələsinin qaldırıldığını, alınmış məbləğin avans ödənişi olmadığını, ödənişin “Azərenerji” ASC tərəfindən səhvən ödənildiyini və bu ilin fevral ayında Departamentin nümayəndəsi ilə görüş zamanı sübut və dəlillərin təqdim edilməsinə baxmayaraq qurumun mövqeyinin dəyişmədiyini qeyd edib.
Apelyasiya Şurasının araşdırması zamanı məlum olub ki, 22 noyabr 2010-cu il tarixdə filial “Azərenerji” ASC-yə məbləği müqavilə qiymətinin 85 faizini təşkil edən avans hesab (invoys) təqdim edib. Lakin 10 dekabr 2010-cu il tarixli müvafiq ləğvetmə sənədi (credit note) ilə bu hesab ləğv edilərək “Azərenerji” ASC -yə təqdim olunub. Lakin 29 dekabr 2010-cu il tarixdə “Azərenerji” ASC səhvən filialın bank hesabına müqavilə ilə müəyyən edilmiş əsas məbləğ və subuçot hesabına isə müvafiq ƏDV məbləğini köçürüb. Müvafiq ödəniş tapşırığında da ödəniş üçün əsas kimi 22 noyabr 2010-cu il tarixli invoys deyil, səhvən 10 dekabr 2010-cu il tarixli ləğvetmə sənədinin (credit note) rekvizitləri qeyd edilib. “Azərenerji” ASC tərəfindən ödənilmiş əsas məbləğ 11 yanvar 2011-ci il tarixdə, ƏDV məbləği isə 14 yanvar 2011-ci il tarixdə filial tərəfindən müvafiq qaydada geri qaytarılıb. 22 noyabr 2010-cu il tarixli HB 370546 nömrəli vergi hesab-fakturası 2 dekabr 2010-cu il tarixdə ləğv edilib və həmin elektron vergi hesab-fakturası üzrə “Azərenerji” ASC ƏDV-ni əvəzləşdirməyib.
Göründüyü kimi, “Azərenerji” ASC tərəfindən səhvən filiala ödənilmiş vəsait vergitutma obyekti deyil və vergi tutulan əməliyyat sayılmır. İş üzrə araşdırma materialları, əlavə olaraq təqdim edilmiş sənədlər və şikayətçinin gətirmiş olduğu dəlilləri diqqətlə araşdıran Vergi Apelyasiya Şurası “Ceneral Elektrik İnternəşnl, İNK.” şirkətinin Azərbaycan Respublikasındakı filialının şikayətinin təmin edilməsi və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2 avqust 2011-ci il tarixli uərarın ləğv edilərək səyyar vergi yoxlaması aktının nəticələrinə yenidən baxılması haqqında qərar qəbul edib.

1008