DəmirBank-dan pul köçürmələri üzrə lotereyada növbəti 16 müştəri pul qazanıb
Bu müştərilərdən 1 nəfər 1000 manat, 5 nəfər hər biri 200 manat və 10 nəfər hər biri 100 manat pul vəsaiti udub. Qaliblərin siyahısı Bankın İnternet saytında verilir. Bank həmçinin qaliblərə telefonla məlumat verir.
DəmirBank-ın istənilən filialında Western Union, Contact, Migom, Bıstraə poçta, Zolotaə korona, Blizko, PrivatMoney, Coinstar və ya Şimşək sistemi ilə ən azı 300 manat, 300 ABŞ dolları, 300 avro və ya 9000 rus rublu məbləğində pul vəsaiti köçürən və ya alan müştərilər uduş kampaniyasında avtomatik iştirak edib. Ən azı qeyd edilən məbləğdə hər bir köçürmə əməliyyatı kampaniyada 1 şansa bərabər olub.
“DəmirBank-da pul köçürmələri üzrə həyata keçirilən Uduş kampaniyası və Mobil Danışıq Kartı Hədiyyə aksiyası müştərilərin məmnuniyyətinin artırılmasına xidmət edir. Bu uduş kampaniyası 6 ay davam edib və kampaniya çərçivəsində 96 müştəri pul vəsaiti qazanıb. Biz uduş kampaniyasının bütün qaliblərini təbrik edirik”, – deyə, Bankın İdarə Heyətinin Sədr Müavini Yusif Cabbarov bildirib.
Hazırda DəmirBank-ın 31 filial və şöbəsi fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.
Bankın təcili pul köçürmə xidmətləri və kampaniyaları barədə Bankın www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.

586