Mərkəzi Bank KÖMİS ilə kart infrastrukturunun inteqrasiyasını başa çatdırıb
15 sentyabr 2011 15:24 (UTC +04:00)

Mərkəzi Bank KÖMİS ilə kart infrastrukturunun inteqrasiyasını başa çatdırıb

Mərkəzi Bank ölkə başçısının “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 May 2011-ci il tarixli Fərmanında xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi üzrə verilmiş tapşırıqların icrası üzrə fəaliyyətini davam etdirir. Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu istiqamətdə görülən işlər çərçivəsində “Kapital Bank” ASC-yə məxsus olan “Kapitalkart” və “Texnikabank” ASC-yə məxsus olan “TexKart” ASC kart prosessinq mərkəzlərinin Mərkəzi Bank tərəfindən yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS) qoşulması ilə respublikada mövcud olan kart infrastrukturunun KÖMİS ilə inteqrasiyası tamamlanıb.

Beləliklə, bu kart prosessinq mərkəzlərinin xidmətindən istifadə edən 2 milyondan çox ödəniş kartı istifadəçiləri də bank və poçt şöbələrindən əlavə olaraq KÖMİS-in internet səhifəsi (www.apus.az) vasitəsilə qeydiyyatdan keçməklə və ya qeydiyyatsız formada işıq, su, qaz kimi kommunal xidmətlər və yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələr üzrə real rejimdə bildirişlər ala və ödənişlərini apara bilərlər. Yaxın zamanlarda digər kütləvi xidmətlər və büdcə ödənişləri üzrə də eyni imkanın yaradılması mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880

Oxşar yazılar