Nar Mobile növbəti "Nar Dünyası" satış və xidmət mərkəzini Ağcabədi sakinlərinə təqdim etdi
Yeni açılan “Nar Dünyası” satış və xidmət mərkəzinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də, Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq. “Nar Dünyası” satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır.
Açılış mərasimi zamanı, “Nar Dünyası” satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksessuarları ilə tanış oldular, 3,6 mbp/s yüksək sürətli mobil internet bağlantısından canlı istifadə etdilər.
Hazırda Bakı şəhərində Nar Mobile tərəfindən təqdim edilən 11 yeni “Nar Dünyası” satış və xidmət mərkəzləri fəaliyyət göstərir. Bölgələrdən isə Gəncə, Bərdə, Şəmkir, Zaqatala, Tovuz, Masallı, Cəlilabad, İmişli, Biləsuvar, Siyəzən və Salyanda da yeni açılmış mərkəzlər müştərilərə yüksək keyfiyyətli xidmət təqdim edirlər.

1450