İqtisadi İnkişaf Nazirliyi əhalini endirimli mallarla bağlı diqqətli olmağa çağırdı
12 sentyabr 2011 17:34 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi əhalini endirimli mallarla bağlı diqqətli olmağa çağırdı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti endirimlərin tətbiqi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı yoxlamalara başlayıb.

Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, H.Əliyev küçəsi, ev 4, mənzil 1. ünvanında Fərid Şıxəliyevə məxsus uşaq geyimlərinin satışı mağazasında aparılan yoxlama zamanı mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub.

Mağazanın ön tərəfindəki pəncərələrin üzərində iri hərflərlə “Endirim 70% bütün mallara” sözləri yazılsa da, mağazada satılan 133 çeşiddə uşaq geyimlərinə ümumiyyətlə endirim tətbiq edilmədiyi müəyyənləşib. Bundan başqa, mağazada satışda olan və etiketlərində əvvəlki və hazırkı qiymətlər göstərilmiş 85 çeşiddə uşaq geyimlərinə isə yalnız 40-60% endirim tətbiq edildiyi aşkarlanıb.

Dövlət Xidməti istehlakçılara endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində alış-veriş edərkən diqqətli olmağı, endirimlərin reklamlarda göstərilən məlumatlara uyğunluğuna, malların üzərində malın adı, növü, habelə endirimdən əvvəlki və sonrakı qiyməti göstərilmiş müvafiq qiymət kağızının olmasına xüsusi diqqət yetirmələrini tövsiyə edir.
Endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, istehlakçılardan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.
Araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 952

Oxşar yazılar