“Abşeron”dan ilk qazın 2020-2022-ci ildə hasil ediləcəyi gözlənilir
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Hazırda qazma qurğuları ilə bağlı problemin olduğunu deyən X.Yusifzadə bu problemlərin aradan qaldırılması üçün işlərin aparıldığını bildirib: “Qurğunun alınması və tikintisi üçün danışıqlar aparılır. Belə olan halda “Abşeron” strukturundan ilk qazı 2020-2022-ci ildə ala biləcəyik. Əgər həmin nöqtədə platforma tikilərsə, prosesi beş il daha tezləşdirə bilərik”.
X.Yusifzadə 2012-ci ilin ilk yarısında Abşeronda 4000 metr dərinliyindən 1500 metr məsafədə yan quyu qazılmasına başlanacağını da vurğulayıb.
Qeyd edək ki, ötən həftə Fransanın «Total» enerji şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” strukturunda iri qaz yatağı aşkar edildiyini açıqlayıb. «Abşeron» strukturu Bakıdan 100 km cənub-şərqdə, təqribən 6 550 metr dərinlikdə yerləşir. “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən ötən əsrin 60-cı illərində kəşf edilib.
«Total» şirkətinin törəmə qurumu olan «Total EP Apşeron» (40%) bu strukturun işlənməsi layihəsində ARDNŞ (40%) və «GDF SUEZ» şirkətləri (20%) ilə birgə iştirak edir.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28