Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) cari məsələlər və onların icra vəziyyətinə dair kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda ilk rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış edib. Nazir hazırda ölkədə qeydə alınan sürətli sosial-iqtisadi inkişaf fonunda informasiya-kommunikasiya texnologiyaları sektoru dinamik inkişaf etdiyini əldə edilən gəlirlərin həcmi artdığını və bu sektorun iqtisadiyyatda rolu getdikcə yüksəldiyini bildirib: “Son illər həyata keçirilən geniş tədbirlər kontekstində göstərilən xidmətlərin keyfiyyət və çeşidinin artıb, sektorun modernləşdirilməsi üzrə mühüm işlər görülüb. Daha yüksək nəticələrin əldə edilməsi üçün həyata keçirilən layihələrin icrasının təmin edilməsi vacibdir”.
Kollegiya iclasında müzakirəyə çıxarılan məsələlər sırasında genişzolaqlı rabitə xidmətləri, «AzDataCom» şəbəkəsi üzrə görülən işlər, «Elektron imza»nın tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər, «Elektron hökumət» proqramının icra vəziyyəti, rəqəmsal TV-nin tətbiqi ilə bağlı məsələlərin icrası, ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı cari vəziyyət, eləcə də, poçt sahəsində həyata keçirilən işlər, bu sahədə xidmət səviyyəsinin daha da yüksəldilməsi, əhaliyə göstərilən xidmətlərin yüksək səviyyədə təşkilinin təmin edilməsi üçün yerlərdə nəzarətin gücləndirilməsi olub.
Qeyd olunan məsələlərlə bağlı birlik və müəssisə rəhbərlərinin məruzələri dinlənilib və gələcək perspektiv barədə fikirlər bildirilib. Sonda qarşıya qoyulan vəzifələrin icrası üçün aidiyyəti birlik və müəssisələrə müvafiq tapşırıqlar verilib.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28