Asiya İnkişaf Bankı 2011-2020-c illərlə bağlı hədəfini açıqladı
Asiya İnkişaf Bankı (AİB) 2011-2020-c illər üçün Asiya və Sakit Okean regionunun yol sektorunda davamlı yanaşma tətbiq etməyi və şəhər nəqliyyatı ilə dəmir yolları sektorunu inkişaf etdirməyi planlaşdırır. Asiya İnkişaf Bankının Azərbaycanda Daimi Nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, bu, AİB-in geniş ictimaiyyət üçün açıqladığı Davamlı Nəqliyyat Təşəbbüsü (DNT) üzrə Əməliyyat Planında məqsəd kimi qarşıya qoyulub.
DNT Asiya və Sakit Okean ölkələrində təhlükəsiz, ekoloji cəhətdən təmiz, əlverişli nəqliyyat sisteminin yaradılmasını dəstəkləyir. Yollar üçün ayrılan kreditlər tədricən davamlılığın təkmilləşdirilməsi üçün vacib olan məsələlər üzərində cəmləşəcək. Əhəmiyyətli dəyişikliklərdən biri də o olacaq ki, 2020-ci ilə qədər yollar üçün ayrılan kreditlər aparılan əməliyyatların geniş hissəsi kimi qalsa da, digər nəqliyyat sektorları üçün daha çox vəsait ayrılacaq. DNT-yə uyğun olaraq, AİB hər il Asiya və Sakit Okean regionunda nəqliyyat sektoruna 3-4 milyard dollar həcmində sərmayə qoyacaq.
Davamlı nəqliyyat sektoruna geniş dəstək vermək üçün AİB şəhər nəqliyyatı, nəqliyyat sektorunda ətraf mühitin qorunması, transsərhəd nəqliyyat və loqistika məsələləri, yol təhlükəsizliyi və sosial davamlılıq daxil olmaqla, 4 istiqamət müəyyən edib.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28