Bu il nəqliyyatda yükdaşıma tarifləri ucuzlaşıb, sərnişindaşıma tarifləri isə bahalaşıb
08 sentyabr 2011 12:02 (UTC +04:00)

Bu il nəqliyyatda yükdaşıma tarifləri ucuzlaşıb, sərnişindaşıma tarifləri isə bahalaşıb

Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən yaydığı məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınması üzrə orta tarifi yerli əlaqə üzrə 6,4 faiz, digər ölkələrdən gətirilmə üzrə 1,6 faiz, tranzit yüklərin daşınması üzrə 0,1 faiz bahalaşıb, digər ölkələrə göndərilmə üzrə isə 9,6 faiz ucuzlaşıb.
Dəmir yolu vasitəsilə beynəlxalq əlaqədə sərnişindaşıma tarifləri 0,1 faiz artıb.

Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tariflərində də ucuzlaşma müşahidə olunub. Məlumata görə, 1 ton yükün daşınma tarifi 0,1 faiz, uzaq xaric ölkələrinə isə 14,2 faiz ucuzlaşıb.

Hava nəqliyyatında gəldikdə, MDB ölkələrinə 1 ton yükün daşınma tarifi 0,1 faiz artıb. Sərnişindaşıma tarifləri hava nəqliyyatında MDB və uzaq xaric ölkələrinə müvafiq olaraq 16,4 və 10,3 faiz bahalaşıb.

Sonda boru kəməri vasitəsilə qazın nəqli üzrə tariflərdə heç bir dəyişiklik olmadığı və neftin nəql tariflərinin isə 0,2 faiz artdığı qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739

Oxşar yazılar