Hüseyn Bağırov: “İran bu məsələni bizimlə razılaşdırmalıdır”
“Əgər İran Araz çayının suyundan Urmiya gölünün qurumasının qarşısını almaq üçün istifadə etmək niyyətindədirsə, bu məsələni Azərbaycan tərəfi ilə razılaşdırmalıdır”. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
O, qeyd edib ki, İran tərəfi Azərbaycana bu məsələ ilə bağlı hələ rəsmi müraciət etməyib. “Azərbaycan tərəfi Urmiya gölünün qurumasının qarşısının alınması üçün Arazın suyundan istifadə ediləcəyi məsələsini ilə bağlı məlumatı hələ ki yalnız mətbuatdan alır. Əgər belə bir niyyət həqiqətən varsa, İran bunu Azərbaycanla razılaşdırmalıdır” - deyə, H.Bağırov bildirib.
Nazirin sözlərinə görə, İran ilə Azərbaycan arasında Araz çayının suyunun istifadəsi ilə bağlı razılaşma var. “Razılaşmada bir çox məsələlər öz konkret əksini tapıb - kənd təsərrüfatı və digər məqsədlər üçün hər iki ölkənin nə qədər su götürə biləcəyi razılaşdırılıb” - deyə, o, əlavə edib.
H. Bağırov deyib ki, ekoloji tarazlığın qorunması üçün çayda müəyyən miqdarda su saxlanmalıdır. Nazir nümunə olaraq qeyd edib ki, ermənilər Tovuz çayının məcrasını öz məqsədləri üçün dəyişiblər və təbii ki, bunun ekoloji fəsadlarını görəcəklər.
Mübariz Aslanov

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28