ARDNŞ Ukraynada üzən yanacaqdoldurma məntəqəsi istifadəyə verib
Kiyev gəmi təmiri zavodunun dokunda “SOCAR Energy Ukraine” şirkətinin “Bakı-1” neftdaşıyan bunker gəmisi – üzən yanacaqdoldurma məntəqəsi (YDM) suya buraxılıb.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar keçirilmiş mərasimdə Azərbaycan Respublikasının Ukraynadakı səfiri Eynulla Mədətli və ARDNŞ-in Ukraynadakı nümayəndəliyinin direktoru Elçin Məmmədov iştirak edib.
Təqdirəlayiq haldır ki, Şərqi Avropa ərazisində ilk belə layihə ARDNŞ-nin Ukraynadakı nümayəndəliyi tərəfindən həyata keçirilib. Üzən YDM-də gəmilərə bu ölkədə fəaliyyət göstərən “SOCAR” şəbəkəsinin firma neft məhsulları - “Nano-95” benzini və “NanoDiesel” yanacağı təklif olunur. Üzən yanacaqdoldurma kompleksinin göyərtəsində “Butamarket” firma mağazası yerləşir. Bu nadir qurğuda hesablaşmalar AKM POS kassa aparatları vasitəsilə həyata keçirilir. Müştəri alınan yanacaq və mala görə ödənişi “sCard” yanacaq kartı və Ukraynanın digər neft treyderlərinə məxsus kartlar vasitəsi ilə həyata keçirə bilər. “VISA Electron” və “Master Card” bank kartları ilə də ödənişlər qəbul olunur.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28