“Azərsu” Şamaxıda yenidənqurma işləri görür
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Səhmdar Cəmiyyətin hazırladığı tədbirlər planına uyğun olaraq rayon ərazisində biri Sabir qəsəbəsində, digəri Əngəxaran kəndində olmaqla 2 ədəd artezian quyusu qazılıb. Əngəxaran kəndində qazılmış quyunun suyu rayon mərkəzini içməli su ilə təmin edən anbara daxil olacaq, oradan isə paylayıcı şəbəkəyə ötürüləcək. Diametri 160 millimetr, uzunluğu isə 1300 metr olan boru xəttinin çəkilişi artıq başa çatıb və hazırda xətlərdə birləşdirmələr aparılır. Bununla paralel suyun rayon mərkəzindəki mənzillərə çatdırılmasını təmin etmək üçün məhəllədaxili xətlərin vəziyyəti yoxlanılır və abunəçilər üçün sayğaclar quraşdırılır.
Sabir qəsəbəsində qazılmış artezian quyusu isə qəsəbənin su təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulur. Bu məqsədlə indiyə qədər həmin yaşayış məntəqəsində 750 metr uzunluğunda boru xətti çəkilib. 115 metr uzunluğunda əlavə xətt çəkildikdən sonra isə borular birbaşa şəbəkəyə qoşulacaq.
Qeyd edək ki, yeni qazılmış artezian quyularının ümumi məhsuldarlığı saatda 50 kubmetrdir. Bu layihənin həyata keçirilməsi nəticəsində Şamaxı şəhəri və Sabir qəsəbəsində 600-dən artıq abunəçinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq. “Azərsu” Səhmdar Cəmiyyətinin daxili imkanları hesabına həyata keçirilən layihə yaxın günlərdə tam başa çatdırılacaq.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28