Həzrə-Zuxul avtomobil yolunun tikintisinə 4 milyon manat ayrıldı
22 avqust 2011 19:14 (UTC +04:00)

Həzrə-Zuxul avtomobil yolunun tikintisinə 4 milyon manat ayrıldı

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, 7 yaşayış məntəqəsini birləşdirən 22 kilometrlik strateji əhəmiyyətli Həzrə-Zuxul avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4 milyon manatı Qusar Rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
# 601

Oxşar yazılar