Neftin qiyməti fərqli istiqamətdə dəyişib
20 avqust 2011 10:43 (UTC +04:00)

Neftin qiyməti fərqli istiqamətdə dəyişib

Lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, qiymətin belə dəyişməsi ABŞ-da zəif iqtisadi göstərici, eləcə də Nigeriya və Liviyadan Avropaya neft nəqlinin müvəqqəti dayandırılması fonunda baş verib.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neft 0,12 dollar ucuzlaşaraq 82,26 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 1,63 dollar bahalaşaraq 108,62 dollara çatıb.
# 564

Oxşar yazılar