Neft kəskin ucuzlaşıb
19 avqust 2011 10:48 (UTC +04:00)

Neft kəskin ucuzlaşıb

Lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, qiymətin düşməsinə ABŞ-da zəif iqtisadi göstəricilər səbəb olub.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neft 5,2 dollar və ya 5,9 faiz düşərək 82,38 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 3,61 dollar və ya 3,2 faiz itirərək 106,99 dollar təşkil edib.
# 501

Oxşar yazılar