Bakıda 3 min manata zirzəmi satılır
18 avqust 2011 14:15 (UTC +04:00)

Bakıda 3 min manata zirzəmi satılır

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sentyabrın 6-da Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan 3 mərtəbəli binanın zirzəmisini hərraca çıxaracaq. Lent.az-ın Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 187. ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sahəsi 86,9 kvadratmetr, start satış qiyməti 3 min 215 manatdır.
# 548

Oxşar yazılar