DəmirBank-da pul köçürmələri üzrə növbəti lotereyada 16 müştəri pul qazanıb
17 avqust 2011 10:13 (UTC +04:00)

DəmirBank-da pul köçürmələri üzrə növbəti lotereyada 16 müştəri pul qazanıb

DəmirBank-ın pul köçürmələri üzrə uduş kampaniyasının 5-ci tirajında 16 qalib müştəri müəyyən edilib. Bu müştərilərdən 1 nəfər 1000 manat, 5 nəfər hər biri 200 manat və 10 nəfər hər biri 100 manat pul məbləği udub. Qaliblərin siyahısı Bankın İnternet saytında verilir. Bank həmçinin qaliblərə telefonla məlumat verir.

DəmirBank-ın istənilən filialında Western Union, Coinstar, Contact, Blizko, PrivatMoney, Migom, Bıstraə poçta, Zolotaə korona və ya Şimşək sistemi ilə ən azı 300 manat, 300 ABŞ dolları, 300 avro və ya 9000 rus rublu məbləğində pul vəsaiti köçürən və ya alan müştərilər uduş kampaniyasında avtomatik iştirak edir. Ən azı qeyd edilən məbləğdə hər bir köçürmə əməliyyatı kampaniyada 1 şansa bərabərdir. Kampaniyanın növbəti tirajı 15 sentyabr tarixində keçiriləcək.

Bununla yanaşı, DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

Hazırda DəmirBank-ın 31 filial və şöbəsi fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Bankın təcili pul köçürmə xidmətləri və aksiyaları barədə www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.
# 464

Oxşar yazılar