Nar Mobile-dan daha bir yenilik
15 avqust 2011 18:06 (UTC +04:00)

Nar Mobile-dan daha bir yenilik

15 avqust 2011-ci il tarixindən etibarən yeni Ölkəm /Asan tarifi istifadəçilərin ixtiyarına verilir. Bu tarifə qoşulan hər bir abunəçi ölkədaxili bütün istiqamətlərə dəqiqəsi cəmi 7 qəpiyə danışacaqlar.
Ölkəm/Asan tarifinin qiymət cədvəli:

Xidmətlər
Qiymət (qəpiklə)
Şəbəkədaxili zəngin 1 dəqiqəsi
7
Şəbəkəxarici zəngin 1 dəqiqəsi
7
Video-zəngin 1 dəqiqəsi
7
SMS
5
MMS
5
Data trafiki (200 KB)
5
Mobil TV (1 MB)
10


Ölkəm/Asan tarifinə qoşulmaq üçün telefonun ekranında *777#231#YES şifrəsini yığmaq və ya Olkemasan yazaraq 777 nömrəsinə mesaj göndərmək kifayətdir.
Ölkəm/Asan tarifi çərçivəsində Bomba, SMS və Xoş Saatlar paketlərini sifariş etmək olar. Bu tarifə qoşulan abunəçilər bir Sevimli Nar nömrəsi seçıb onunla saatı cəmi 7 qəpiyə danışa bilərlər.
Edilən bütün zənglərin birinci saniyəsi pulsuzdur. Bütün zənglər üçün hesablama intervalı 12 saniyədir.
Daha ətraflı məlumat üçün www.narmobile.az saytına daxil olun.
# 775

Oxşar yazılar