Azərbaycanda qablaşdırma haqqında qanun qəbul olunacaq
Bu barədə Lent.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlama verib: “Bu gün Azərbaycan bazarında istehlakçılara təqdim olunan bir çox ərzaq məhsulları qablaşdırılmır. Ən ciddi problem bu cür məhsulların üzərində istehsal tarixinin yazılmamasıdır. İstifadə müddəti bitmiş məhsulların açıq şəkildə satılması istehlakçıların səhhətində problemlər yaradır. Ona görə də dünya təcrübəsinə uyğun olaraq, Azərbaycan hökuməti bununla bağlı qanun qəbul etməlidir”.
E.Hüseynovun sözlərinə görə, BMT-nin ərzaq təhlükəsizliyinə nəzarət edən “Fau” təşkilatı ilkin qanun layihəsini Azərbaycan hökumətinə təqdim edib: “Layihə eyni zamanda bizim təşkilata rəy almaq üçün göndərilib. Çünki mən bu məsələni istehlakçı hüquqlarını qoruyan təşkilatların dünya konqresində qaldırdım. Bu ilin may ayında Honkonqda keçirilən konqresdə açıq satışda olan konfetləri nümunə olaraq onlara göstərdim”.
Birlik sədri MDB məkanında qablaşdırılmadan satılan malların çox olduğunu da əlavə etdi: “Bu, ciddi istehlakçı problemidir. Qanun qəbul olunandan sonra qida məhsullarının açıq satılmasına son qoymaq niyyətindəyik”.
Nailə

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28