Azərbaycanlılar İstanbulda pulu sel kimi axıdır
08 avqust 2011 18:25 (UTC +04:00)

Azərbaycanlılar İstanbulda pulu sel kimi axıdır

Lent.az-ın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bu ilin birinci yarısında həmyerlilərimiz burada 4 milyon lirəlik (təxminən 2 milyon manat) alış-veriş ediblər. Azərbaycanlılardan sonra “İstinyePark”-da ən çox alış-veriş edənlər ruslardır. Ruslar 6 ay ərzində buradan təxminən 3,5 milyon lirəlik mal alıblar. Üçüncü sırada isə İrandan gələnlər durur.

“İstinyePark”da dünyanın ən tanınmış brendiləri (“Louis Vuitton”, “Gucci”, “Dolce&Gabbana”, “Jimmy Choo”, “Armani”, “Prada” və.s) cəmləşib.
Keçən ilin ilk yarısında burada əcnəbi xalqların nümayəndələri 9,9 milyon avroluq bazarlıq ediblər. Bu il isə rəqəmin artacağı gözlənilir.
# 526

Oxşar yazılar