ARDNŞ-nin Təhlükəsizlik İdarəsi yeni binada
08 avqust 2011 15:02 (UTC +04:00)

ARDNŞ-nin Təhlükəsizlik İdarəsi yeni binada

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən xəbərinə görə, tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər. Rövnəq Abdullayev İdarənin müasir standartlara uyğun inşa edilmiş binasının otaqlarını gəzib. ARDNŞ prezidentinə məlumat verilib ki, Təhlükəsizlik İdarəsinin Dövlət Gəmi və Liman Nəzarəti Müfəttişliyi, Xüsusi Texnika Hissəsi, müxtəlif departament və şöbələrin yerləşdiyi binada ümumilikdə 200 nəfərdən artıq işçi heyəti çalışacaq.

Üçmərtəbəli binanın otaqlarında yeni ofis mebelləri, kompüterlər quraşdırılıb. Binanın birinci mərtəbəsində isə müasir avadanlıqlarla təchiz olunmuş yeməkxana yaradılıb. Görülmüş işlərdən razı qaldığını bildirən Rövnəq Abdullayev son illər ARDNŞ-nin bütün idarə və müəssisələrində köklü dəyişikliklərin aparıldığını, həyata keçirilən yeni infrastruktur layihələrinin geniş vüsət aldığını qeyd edib, neft-qaz sənayesinin uğurlarında, şirkətin obyektlərinin mühafizəsinin təminatında Təhlükəsizlik İdarəsinin rolunu xüsusi vurğulayıb: “Bu mənada bu yeni, müasir inzibati bina İdarənin əməkçilərinin rahat iş şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq”.

ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, şirkətin tabeçiliyində olan struktur vahidlərinin müasir avadanlıqlarla təchiz olunması istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək.
# 1285

Oxşar yazılar