AGBank-ın “Uduşlu Kupon” kampaniyasının iyul ayında 3 qalibi olub
02 avqust 2011 15:07 (UTC +04:00)

AGBank-ın “Uduşlu Kupon” kampaniyasının iyul ayında 3 qalibi olub

Beynəlxalq Bankın müştərisi olan Məmmədov Sadiq və AGBank-ın müştəriləri Ağayeva Arina ilə Qasımov Rəşid - 200 AZN-lik Uduşlu Kupon qazanıblar. Bu barədə AGBank-ın mətbuat xidməti xəbər yayıb. Belə ki, Ağayeva Arina və Qasımov Şahin maaşlarını almaq üçün, Məmmədov Sadiq isə Beynəlxalq bankın kartı ilə pul çəkmək üçün AGBank-ın bankomatlarından istifadə etmiş və bu uduşu əldə etmişlər.

AGBank-ın keçirdiyi və ölkədə bənzəri olmayan bu kampaniya çərçivəsində AGBank-ın bankomatlarına yalnız 500 və 200 manatlıq kuponlar yerləşdirilir. Ən əsası isə odur ki, bu kuponları yalnız AGBank-ın kart daşıyıcıları yox, Azərbaycanın və dünyanın istənilən bankının kartına malik istifadəçilər də qazana bilərlər.
# 537

Oxşar yazılar