DəmirBank müştəri xidməti sahəsində araşdırma həyata keçirib
29 iyul 2011 16:15 (UTC +04:00)

DəmirBank müştəri xidməti sahəsində araşdırma həyata keçirib

DəmirBank müştəri xidməti keyfiyyətinin inkişafı məqsədi ilə “Gizli müştəri” (Mystery Shopping) araşdırma layihəsini həyata keçirib. Layihə Bankın Bakı və regionlarda fəaliyyət göstərən bütün filiallarını əhatə edib.

Araşdırma Bankın sifarişi ilə Business Insight şirkəti tərəfindən həyata keçirilib. Layihə çərçivəsində Bankda müştəri xidməti müxtəlif meyarlar üzrə qiymətləndirilib. Araşdırma 4 xidməti əhatə edib: əmanətlər, plastik kartlar, pul köçürmələri və kreditlər. Layihənin yekunları əsasında müştəri xidmətinin inkişafı məqsədi ilə Bankda müxtəlif tədbirlərin həyata keçirilməsinə başlanılıb.

“DəmirBank müştəri xidməti sahəsində müxtəlif tədbirlər həyata keçirir. Ötən il Bankda “Müştəri xidməti və davranış Standartları” hazırlanıb və onun əsasında treninqlər keçirilib. DəmirBank son aylarda 4 filialını müştəri rahatlığı üçün yeni ofislərə köçürüb və daha 2 filial köçürüləcək. Bank bir sıra filiallarda yeni korporativ interyer tərtibat standartlarını tətbiq edib. Əməkdaşlara treninqlər, iş şəraitinin yaxşılaşdırılması, xidmətlərin şərtlərinin optimallaşdırılması və məlumat vasitələrinin yenilənməsi, infrastruktur layihəsi üzrə İT və rabitə sistemlərinin yenilənməsi və digər işlər müştəri xidmətinin inkişafına yönəlib”, - deyə, DəmirBank-ın İdarə Heyəti Sədrinin müavini Yusif Cabbarov bildirib.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822

Oxşar yazılar