“The Business Year” iqtisadi jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışı təqdim olundu
29 iyul 2011 12:30 (UTC +04:00)

“The Business Year” iqtisadi jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışı təqdim olundu

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib ki, jurnal postsovet məkanında ilk dəfə olaraq xüsusi nömrəsini Azərbaycana həsr edib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev son 5 ildə ən böyük yazılı müsahibəsini də bu jurnala verib. Jurnalda, həmçinin dost və qardaş ölkələrin dövlət başçılarının da Azərbaycan barədə çıxışları yer alıb.

İqtisadi inkişaf naziri Şahin Mustafayev isə Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar, görülən işlərdən danışıb. Nazir deyib ki, Azərbaycanın iqtisadi siyasətinin əsas xəttini makroiqtisadi sabitliyin qoruması, iqtisadiyyatın diverskifikasiyası, normal biznes mühitinin formalaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və s. təşkil edir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanın iqtisadi siyasətində informasiya kommunikasiya texnologiyalarının tutduğu yerdən danışıb. Nazir bildirib ki, Azərbaycan informasiya qapılarını dünyaya açıb, ölkədə informasiya, kommunikasiya sektoru inkişaf edir, KİV-ə, internetə heç bir məhdudiyyət yoxdur.

Ə. Abbasov 2025-ci ilə qədər İKT sektorunun inkişafını neft sektorunun inkişafına yaxınlaşdırmağın qarşıya hədəf kimi qoyulduğunu açıqlayıb.

Nazir deyib ki, son 6-7 il ərzində İKT sektorunda güclü inkişaf müşahidə olunub.

Daha sonra jurnalın nümayəndələri nəşri təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar