Mübariz Mənsimov Türkiyəni heyrətə gətirdi
28 iyul 2011 20:14 (UTC +04:00)

Mübariz Mənsimov Türkiyəni heyrətə gətirdi

Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyədə turizm sektoruna da böyük sərmayələr yatırır. Lent.az-ın “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, həmyerlimizə məxsus “Palmali Group” Bodrumda 850 yaxta tutumuna malik turizm mərkəzi inşa etdirir.

Şirkətin inşaat və turizm sahəsi üzrə nümayəndəsi Kərəm Tunay bildirib ki, hazırda 370 qayıq tutumuna malik “Yalıkavak Marina” istirahət mərkəzində Türkiyədə analoqu olmayan yeniliklər edəcəklər: “Həm dənizsahili infrastruktur, həm də otel sahəsinə sərmayələr qoyulacaq. Burada 850 yaxtanı qəbul edəcək mərkəz yaradılacaq. Dünyanın ən məşhur brendlərini “Yalıkavlak Marina”da görə biləcəksiniz. Türkiyədə nümayəndəlik hüququ bizə məxsus olan “Cipriani” və “Billionarie”-ni də bura gətirəcəyik”.

Bu arada M.Mənsimova məxsus Mərsin sahilindəki “Palmalife” çimərliyinə Türkiyədə ilk dəfə olaraq ağ qum gətirilib. Ölkədəki ilk ağ qumlu çimərliyə qum Maldiv adalarından gətirilib. Şirkətdən bildirilib ki, sahilə xeyli miqdarda ağ qum tökülüb və dənizə gedən qumlar dalğalar vasitəsilə geri qayıdır, beləliklə də burada təbii çimərlik landşaftı yaranıb.
# 1264

Oxşar yazılar