Göyçayda yol tikintisi üçün 2,5 milyon manat ayrılıb
Lent.az Azərtac-a istinadən xəbər verir ki, sərəncama əsasən, 1.9 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ləkçılpaq-Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,5 milyon (iki milyon beş yüz min) manatı Göyçay Rayon İcra Hakimiyyətinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
652