“S.A.B.A.” insan orqanizmi üçün təhlükəli dondurma istehsal edib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “S.A.B.A. şirkəti” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytlarına istinadən verdiyi məlumata görə, aparılmış laborator müayinələr nəticəsində plastik qablaşdırmada olan 500 qr-lıq şokoladlı plombir, “Eskimo” və “Plombir” adlı dondurmalarda turşuluğun normadan az, tərkibində “S.aureus” bakteriyalarının (stafilokok) olduğu, “Şərq nağılı’ adlı dondurmada turşuluğun normadan az, tərkibində “S.aures” bakteriyalarının (stafilokok) və bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) olduğu, “Maqnat Almand” adlı dondurmanın tərkibində S.aureus bakteriyalarının (stafilokok) olduğu, “Mirvari” adlı dondurmada turşuluğun normadan az olduğu müəyyən edilib.
Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 1592 kiloqram dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən “S.A.B.A. şirkəti” MMC-yə icrası məcburi göstəriş verilib. Araşdırmalar davam edir.

650