Hindistan Azərbaycandan aldığı neftin həcmini artırır
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə Azərbaycan-Hindistan biznes-forumunda çıxış edən Hindistanın Azərbaycandakı səfiri Debnat Şou bildirib.
Səfir deyib ki, ötən il ərzində Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsinin həcmi 330 mln. ABŞ dolları təşkil edib, cari ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi ötənilkindən çox olub və bu, iki ölkə arasında iqtisadi əlaqələrin sürətlə artmasından xəbər verir.
D. Şou bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin böyük hissəsini Hindistanın Azərbaycandan aldığı xam neft təşkil edir, digər məhsulların payı isə 50 mln. dollardan azdır.
Səfir digər məhsulların həcminin artırılmasını vacib sayıb və bildirib ki, Hindistan Azərbaycandan aldığı xam neftin həcmini artırmağı planlaşdırır: «Bununla yanaşı, iki ölkə arasında ticarət mübadiləsi çərçivəsində malların çeşidi və həcmi artırmalıdır. Biz Hindistandan Azərbaycana ət, çay, əczaçılıq və qeyim mallarının ixracını artırmaq niyyətindəyik».
Hindistanla Azərbaycan arasında iqtisadi münasibətlərdə çatışmayan cəhətlərindən danışan səfir bildirib ki, bunun əsas səbəbi hər iki ölkənin iş adamlarının digər ölkə barədə az məlumatlı olmalarıdır: «Biz bu boşluqu aradan qaldırmaq niyyətindəyik, biznes-forumun məqsədi məhz buna istiqamətləndirilib».
D. Şou onu da qeyd edib ki, hazırda Hindistan bütün dünya ölkələrindən investisiya cəlb etməyə çalışır, bu ölkələrdən biri də Azərbaycandır.

641