“Türkiyə ilə tranzit sazişinin imzalanmasına çox yaxın idik”
20 iyul 2011 15:22 (UTC +04:00)

“Türkiyə ilə tranzit sazişinin imzalanmasına çox yaxın idik”

“Rusiya bizim təbii qazı bütünlüklə almaq istəyir. Amma biz bir alıcıdan asılı olmaq istəmirik. Biz qazımızın bir çox alıcısının olmasını istəyirik və buna görə qazımızı həm Avropa İttifaqına, həm İrana, həm də Rusiyaya satırıq”.
APA-nın məlumatına görə, bunu Türkiyənin “Hurriyet Daily News” qəzetinə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov deyib.


Onun sözlərinə görə, Yaponiyada baş verən təbii fəlakətdən sonra dünyada təbii qaza tələbat yalnız artacaq və bu mənada Azərbaycanın rolu müsbət olacaq. “Şahdəniz-2” layihəsinə toxunan E.Nəsirov deyib ki, bu layihə 20-22 mlrd. dollara yaxın vəsait tələb edir: “Şahdəniz layihəsinin kommersiya baxımından nə dərəcədə rentabelli olmasını aydınlaşdırmaq üçün dəqiqliklə qazın satış və nəql qiymətini hesablamalıyıq”.


Bu yaxınlarda “Nabucco” layihəsinə dair Türkiyədə imzalanmış dövlətlərarası sazişə gəlincə, ARDNŞ rəsmisi bildirib ki, Azərbaycan tərəfi bu günə kimi həmin sazişin sürətini almayıb və sənədi imzalayan ölkələrdən heç biri Azərbaycanla bu sənədin məzmununu bölüşməyib: “Azərbaycan mövcud olan hər üç layihəyə - “Nabucco”, TAP (Transatlantik boru xətti) və İTGİ (Türkiyə-İtaliya-Yunanıstan) layihələrinə obyektiv, praqmatik gözlə baxmağa çalışır”.


E.Nəsirov xatırladıb ki, Azərbaycan və Türkiyə ikitərəfli tranzit sazişinə hələ imza atmayıblar: “Aprel-may aylarında bu sazişin imzalanmasına çox yaxın idik. Amma müəyyən həm xırda məqamlar, həm də mühüm amillər bu saziş üzərində işi yekunlaşdırmağa imkan vermədi. TAP və İTGİ layihələrinin icrası Azərbaycan-Türkiyə tranzit sazişindən asılıdır. “Nabucco” üçün sərmayəçilər tapmağa isə çox az vaxt qalıb. Azərbaycan dəfələrlə Avropa ölkələrinə müraciət edərək sərmayə təklifləri almağa çalışıb. Lakin bu günə kimi Avropadan bir cavab almamışıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598

Oxşar yazılar