DəmirBank “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” aksiyasının müddətini uzadıb
18 iyul 2011 15:53 (UTC +04:00)

DəmirBank “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” aksiyasının müddətini uzadıb

Aksiyanın şərtlərinə əsasən Bankın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

“DəmirBank pul köçürmə xidmətləri üzrə müxtəlif kampaniyalar həyata keçirir. “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” kampaniyası, köçürmə müştəriləri arasında uduş kampaniyası və sair aksiyalar. Pul köçürmələri üzrə uduş kampaniyası çərçivəsində DəmirBank-ın 48 müştərisi müxtəlif məbləğlərdə pul vəsaitləri qazanıb, növbəti 3 ayda isə daha 48 qalib müəyyən olunacaq. Bu kampaniyalar müştəri məmnunluğunun yüksəldilməsinə xidmət edir” – deyə, Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

DəmirBank əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank Western Union, Bıstraya Poçta, Contact, Zolotaya Korona, Coinstar, Blizko, PrivatMoney sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. DəmirBank özünün Şimşək sistemi ilə əhaliyə ölkədaxili pul köçürmə xidmətləri də göstərir.

DəmirBank-ın istənilən filialında ən azı 300 AZN / USD / EUR və ya 9000 RUR məbləğində pul vəsaiti köçürən və ya alan müştərilər uduş kampaniyasında avtomatik iştirak edir. Ən azı qeyd edilən məbləğdə hər bir köçürmə əməliyyatı kampaniyada 1 şansa bərabərdir. Hər ay 1 nəfər 1000 manat, 5 nəfər hər biri 200 manat və 10 nəfər hər biri 100 manat qazanır.

Bankın təcili pul köçürmə xidmətləri və keçirilən kampaniyalar barədə Bankın www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622

Oxşar yazılar