Neft ucuzlaşıb
Dünya bazarında neftin qiyməti ucuzlaşıb. Lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin ABŞ-ın iqtisadi yüksəlişini təmin etmək üçün qiymətli kağızlar almağı planlaşdırmadıqlarını söyləməsi fonunda düşüb.
Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 2,36 dollar ucuzlaşaraq 95,69 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 0,46 dollar ucuzlaşaraq 118,32 dollar təşkil edib.

567