“Ötən il təkcə əcnəbi turistlər 1 milyard 500 milyon manat  xərcləyiblər”
14 iyul 2011 18:18 (UTC +04:00)

“Ötən il təkcə əcnəbi turistlər 1 milyard 500 milyon manat xərcləyiblər”

APA-ECONOMICS”-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, turizm şirkətlərinin fəaliyyətinin lisenziyalaşdırılması sərtləşdiriləcək: “Məsul işçilərin ali məktəb diplomlarının olması tələb olunur. Artıq bu işə başlanılıb, müvafiq təşkilatlara tapşırıqlar verilib. Bizə lisenziya üçün müraciət edən şirkətlərlə nazirlik arasında müqavilə imzalanır. Bu müqavilədə bütün şərtlər qeyd olunub”.

Nazir qeyd edib ki, məsələ qanunvericilikdə əksini tapana qədər bu, şərti qaydada həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735

Oxşar yazılar