“Əhalinin əmanətlərinin qaytarılmasında böyük problemlər var”
14 iyul 2011 16:06 (UTC +04:00)

“Əhalinin əmanətlərinin qaytarılmasında böyük problemlər var”

“Biz bu məsələyə baxırıq və bu, daima gündəmdədir. Ancaq bu məsələdə çox böyük problemlər var. Bu, təkcə mənbələrə aid deyil. Azərbaycan dövlətinin maddi imkanları var ki, əhalinin sovet dövründə banklarda batmış əmanətlərini qaytarsın. Ancaq burada problem bu vəsaitlərin hansı mexanizmlərlə qaytarılmasıdır”.

Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Çingiz Əsədullayev deyib. Deputat bildirib ki, məsələ ilə bağlı Milli Məclisdə iki ildən artıqdır, işçi qrupu yaradılıb: “Mən də o işçi qrupunun üzvüyəm. Çalışırıq ki, bu məsələyə nöqtə qoyaq”.


Ç.Əsədullayevin fikrincə, çalışmaq lazımdır ki, qaytarılan pullar ancaq azərbaycanlılara aid olsun və həmin pullar Azərbaycanda qalsın.


Milli Məclisin sədr müavini Bahar Muradova isə deyib ki, istənilən iqtisadi məsələ, o cümlədən əhalinin batmış əmanətlərinin qaytarılması ilə bağlı qanun qəbul etmək təkcə Milli Məclisdən asılı məsələ deyil. Lazımdır ki, hökumət də buna kömək etsin, bu məsələ ilə bağlı mənbələr və mexanizm təklif etsin.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1675

Oxşar yazılar