Nar Mobile-dan Bomba Danışıq Paketləri
13 iyul 2011 10:17 (UTC +04:00)

Nar Mobile-dan Bomba Danışıq Paketləri

12 iyul 2011-ci il tarixində Nar Mobile abunəçilərə çox sərfəli qiymətlə ünsiyyətdə olmaq imkanını yaradan 2 yeni Danışıq Paketi təqdim etdi.

Bomba10 paketini aktivləşdirməklə abunəçilər səsli və video zənglər üçün ay ərzində 600 şəbəkədaxili, 300 ölkədaxili dəqiqə əldə edirlər. Bomba15 paketində isə abunəçilərə bir ay ərzində 1000 şəbəkədaxili və 500 ölkədaxili dəqiqə təqdim edilir.


Paketləri aktivləşdirmək üçün mobil telefonun ekranında *777#510#YES (Bomba10) və ya *777#515#YES (Bomba15) yığmaq kifayətdir. Bomba10 paketinin aktivləşdirmə qiyməti 10 AZN, Bomba15 paketinin aktivləşdirmə qiyməti isə 15 AZN təşkil edir.

Danışıq Paketləri qiymət cədvəli:

Paketin adı

Bomba10

Bomba15

İstifadə müddəti

30 gün

30 gün

İstifadə saatları

08:00- 00:00

24 saat

Şəbəkədaxili dəqiqələr

600 dəqiqə

1000 dəqiqə

Ölkədaxili bütün istiqamətlərə

300 dəqiqə

500   dəqiqə

Paketin qiyməti

10 AZN

15 AZN


Paketin cari balans qalığını öyrənmək üçün mobil telefonun ekranında *777#20#YES yığmaq kifayətdir.

Danışıq Paketləri yalnız 5 Qəpik və Sevimli Şəbəkə tariflərin istifadəçiləri üçün nəzərdə tutulub. Danışıq dəqiqələri bitdikdə və ya istifadə müddətindən kənar edilən zənglər abunəçinin istifadə etdiyi tarif planına əsasən hesablanacaq.

Daha ətraflı məlumat üçün www.narmobile.az saytına daxil olun.
# 2268

Oxşar yazılar