ARDNŞ və İsveçrənin “Foster Wheeler” şirkəti birgə müəssisə yaradacaq
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, sənədi ARDNŞ-nin Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov və “Foster Wheeler” şirkətinin baş icraçı direktoru Marko Maresko imzalayıblar.
Qarşılıqlı Anlaşma Memorandumuna əsasən gələcək əməkdaşlıq üçün ARDNŞ-in Neftqazelmitədqiqatlayihə İnstitutunun maddi-texniki bazasında birgə müəssisənin yaradılması nəzərdə tutulub. Birgə müəssisənin əsas məqsədi həm Azərbaycanda, həm də regionda və ümumilikdə dünya ölkələrində layihələndirmə, mühəndis-texniki təminat, satınalma, tikinti və layihələrin idarə edilməsi sahələri üzrə həyata keçirilən layihələrdə iştirak etməkdən ibarətdir.
Qeyd edilib ki, “Foster Wheeler” şirkəti bu sahələr üzrə dünya miqyasında liderlərdən olub, zəngin təcrübə və potensiala malikdir. Memorandumdan irəli gələn əməkdaşlıq çərçivəsində gələcəkdə “Foster Wheeler” şirkəti tərəfindən Azərbaycanlı mütəxəssislər üçün İtaliyada təlimlərin keçirilməsi də planlaşdırılır. Bu əməkdaşlıq qabaqcıl təcrübənin öyrənilməsinə, o cümlədən yerli kadr potensialının inkişaf etdirilməsinə xidmət edəcək.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28