“SOCAR” Ukraynada “Nano” yanacağı satmağa başladı
Ukraynanın Odessa vilayətindəki Tairovo şəhər tipli qəsəbəsində “SOCAR” brendi ilə fəaliyyət göstərəcək yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni yanacaqdoldurma məntəqəsi özünəməxsus arxitektur dizayna malik, yüksək texnologiyalı yanacaqdoldurma avadanlığı, müştərilərin rahatlığının təmin olunması üçün Wi-Fi internet sistemi ilə təchiz olunmuş müasir tipli texniki kompleksdir.
Burada fəaliyyət göstərən marketdə müxtəlif çeşiddə ərzaq məhsulları, eləcə də sürücü və sərnişinlərə səyahət ərzində lazım olacaq digər mallar təqdim edilir. Yeni kompleksdə “Nano 98”, “Nano 95”, “Nano DT” tipli firma brendli, eyni zamanda, ənənəvi 95 və 92 markalı yanacaq növləri mövcuddur. “Nano” – “SOCAR Energy Ukraine” şirkətinin yüksək keyfiyyətli yeni yanacaq növü olub, bütün növ benzin və dizel mühərrikli avtomobillər üçün nəzərdə tutulub. Beləliklə, “SOCAR Energy Ukraine” şirkətinin yüksək xidmət təqdim edən yanacaqdoldurma məntəqələrinin sayı 11-ə çatıb.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28