Azərbaycanda taxıl istehsalı 25 faiz artırılacaq
04 iyul 2011 13:44 (UTC +04:00)

Azərbaycanda taxıl istehsalı 25 faiz artırılacaq

«APA-ECONOMICS»in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib. Onun sözlərinə görə, iyun ayının əvvəlindən Azərbaycanda arpa biçininə başlanılıb: «Artıq 325 min hektar sahədə məhsul biçini başa çatıb, 752 min tondan artıq məhsul yığılıb».


İndiyədək taxıl sahələrində orta məhsuldarlıq 25 sentner/ha təşkil edib: «Fikrimcə, məhsul yığımının sonuna kimi 2,5 mln. tona yaxın məhsul yığılacaq».
Nazir müavini bu il ölkədə çörək istehsalı ilə bağlı problemin olmayacağını bildirib: «Çörək istehsalı kifayət qədər var və olacaq. Orta məhsuldarlıq ötən ilə nisbətən 3 sentner artıb».


Xatırladaq ki, ötən il Azərbaycanda taxıl istehsalı təxminən 2 mln. ton təşkil edib və bu, bu ilki proqnozdan 25% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar