“Facebook”-un yaradıcısı varlıların siyahısında yüksəlib
01 iyul 2011 02:39 (UTC +04:00)

“Facebook”-un yaradıcısı varlıların siyahısında yüksəlib

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Mark Sukerberq bununla dünya informasiya texnologiyaları (İT) sənayesinin ən imkanlı insanları siyahısının üçüncü pilləsinə yüksəlib.


Hazırda reytinqdə Mark Sukerberq “Apple” şirkətinin təsisçisi Stiv Cobs və “Google”-nin təsisçiləri Sergey Brin və Larri Peyci üstələyərək “Microsoft” korporasiyasının yaradıcısı Bil Qeyts və “Oracle” şirkətinin təsisçisi Larri Ellisondan geridədir. “Facebook” rəhbərinin maddi vəziyyətinin hesablanması sosial şəbəkənin qiymətli kağızlarının dəyərləndirilməsinə əsasən müəyyən edilir.

Bəzi analitiklərin fikrincə, Mark Sukerberqin maddi imkanının artması Facebook-un birjada təmsil olunmasından qabaq bu sosial şəbəkə ətrafındakı ajiotajla bağlıdır. Şirkətin artıq gələn ildən birjaya çıxacağı gözlənilir. Bundan sonra “Facebook”-un səhmlərinin dəyəri həm arta, həm xeyli azala bilər.
# 1267

Oxşar yazılar