5 ay ərzində aşkarlanan zay ərzaq məhsulunun miqdarı açıqlandı
30 iyun 2011 13:36 (UTC +04:00)

5 ay ərzində aşkarlanan zay ərzaq məhsulunun miqdarı açıqlandı

2011-ci ilin yanvar-may ayları ərzində İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 56,6 tondan çox müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.


Lent.az-ın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev söyləyib.


O bildirib ki, Dövlət Xidməti tərəfindən bu ilin 5 ayı ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 10 adda 20 min ədəd buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 ədəd yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanıb. Bu istiqamətdə tədbirlər hazırda da davam etdirilir.
# 466

Oxşar yazılar