Dövlət tərəfindən tənzimlənən bəzi qiymətlər liberallaşdırılacaq
«APA-ECONOMICS»in məlumatına görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə 2011-2015-ci illər üzrə Tədbirlər Planında nəzərdə tutulur.
Tədbirlər Planında ölkədə inflyasiyanın məqbul səviyyədə saxlanılması üçün dövlət orqanları arasında makroiqtisadi siyasətin koordinasiyası, optimal makro-fiskal çərçivənin formalaşdırılması və adekvat pul siyasətinin yeridilməsi planlaşdırılır.
Bundan başqa, tariflərin dövlət tərəfindən tənzimlənməsi təkmilləşdiriləcək. Plana əsasən Tarif Şurası, İqtisadi İnkişaf Nazirliyi və Ədliyyə Nazirliyi bununla bağlı təkliflər hazırlamalıdır. Tariflərinə (qiymətlərinə) dövlət tənzimlənməsi tətbiq olunan sahələrin liberallaşdırılması nəzərdə tutulub. Eləcə də dövlət tərəfindən pullu və gələcəkdə pulsuz göstərilməsi mümkün olan xidmət sahələri müəyyən olunacaq, bu xidmətlərin maliyyələşdirilməsi ilə bağlı problemlərin aradan qaldırılması üçün təşkilati-hüquqi və maliyyə tədbirləri həyata keçiriləcək.
Tədbirlər Planında dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması, bu məqsədlə tariflərin iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması nəzərdə tutulur.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28