“Budad” kvaslarının istehsalı dayandırıldı
28 iyun 2011 17:49 (UTC +04:00)

“Budad” kvaslarının istehsalı dayandırıldı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 4-cü Mədən küçəsi, 276-cı məhəllədə “Budad LTd”-yə məxsus sexdə aparılan yoxlama zamanı “Budad” kvas içkisinin müvafiq reseptura və texnoloji təlimat olmadan istehsal edildiyi üzə çıxıb.

Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Budad” qazsız içkilərinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu, qazsız içkilərin etiketlərində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin, eləcə də məhsulun istehsal tarixinin, kvas içkisinin üzərində isə məhsulun enerji dəyəri və istehsalçısı barədə məlumatların göstərilmədiyi müəyyən edilib.

Bundan başqa, yoxlama zamanı müəssisədə istehsal edilən qazsız içkilərin üzərində heç bir təsdiqedici sənədə əsaslanmadan reklam xarakterli “Azərbaycanda ilin 1 nömrəli brendi” sözləri yazmaqla “Reklam haqqında” qanununun tələblərinin pozulduğu müəyyən olunub. Eyni zamanda aparılan yoxlama zamanı sərinləşdirici içkilərin qablaşdırılmasında uyğunluq və gigiyenik sertifikatları olmayan polietilen butulkalardan istifadə edildiyi aşkarlanıb.

Qanun pozuntuları ilə əlaqədar sərinləşdirici içkilərin istehsalının, habelə yoxlama zamanı aşkar edilmiş təqribən 58,1 min litr sərinləşdirici içkilərin satışının, uyğunluq və gigiyenik sertifikatları olmayan 910 ədəd polietilen butulkadan istifadənin dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən “Budad LTd”-yə icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915

Oxşar yazılar