“Azərenerji” enerji oğurluğundan şikayətləndi
Bu ilin 5 ayında, o cümlədən may ayında elektrik enerjisinin istehlakı artıb. Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, keçirilmiş reydlərdən məlum olur ki, bir çox istehlakçılar istehlak etdiyi elektrik enerjisinin miqdarının gizlədilməsi məqsədilə enerjidən qeyri qanuni istifadə edirlər.
Bu isə sonda elektrik enerjisinin itkisinin artması ilə yanaşı, ödəniş səviyyəsinin aşağı düşməsinə səbəb olur. Ümumiyyətlə, istehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ümumi ödəniş faizinin artırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
May ayında 493,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib və bu da ötən ilin eyni dövründəki göstəricidən 15,9 milyon kilovatsaata yaxın çoxdur. Ümumi ödəniş isə 95 faizə yaxın olub və bu da ötən ilin eyni dövründəki ödənişdən mütləq 14,7 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 157,6 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 7 faizə yaxın azdır. Ödəniş isə 94 faizə yaxın olmuşdur ki, bu da ötən ilin eyni dövründəki ödənişdən mütləq 9,4 faiz çoxdur.
May ayında ümumi ödəniş üzrə 24 elektrik şəbəkəsində (EŞ) ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən, 8 EŞ-də isə 95 faizdən yuxarı nəticə əldə edilib. Ümumiyyətlə, sözügedən dövr ərzində ən yüksək göstərici “Zərdab” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 157,1%), ən aşağı isə “Xızı” EŞ-də (54,1%) qeydə alınıb. O cümlədən daimi əhali istehlakçı qrupu üzrə ödənişdə 15 EŞ-də ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən, 7 EŞ-də isə 95 faizdən yuxarı nəticə əldə olunub. Ümumiyyətlə, sözügedən istehlakçı qrupu üzrə hesabat ayında ən yüksək göstərici “Sumqayıt” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 140,7%), ən aşağı göstərici isə yenə də “Cəlilabad” EŞ-də (67,8%) qeydə alınıb.
Qeyd edək ki, müəssisə üzrə cari ilin ötən 5 ayı ərzində ümumilikdə 2 milyard 827 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 118,9 min kilovatsaat çoxdur. Ümumi ödəniş isə 81 faizdən artıq olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 1 milyard 18,2 milyon kilovatsaata yaxındır. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz mütləq artaraq 83 faizdən artıq olub.
Yeri gəlmişkən, cari ilin 5 aylıq yekununa görə, ümumi ödənişdə 1 EŞ-də ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən (101,9%), 7 EŞ-də isə 95 faizdən yuxarı nəticə əldə edilib. Ümumiyyətlə, ən aşağı göstərici “Sabirabad” EŞ-də 51,7 faiz qeydə alınıb. O cümlədən daimi əhali istehlakçı qrupu üzrə 4 EŞ-də ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən, 13 EŞ-də isə 95 faiz və ondan yuxarı nəticə əldə edilib. Ümumiyyətlə, bu istehlakçı qrupunda sözügedən dövr ərzində ən yüksək göstərici “Şirvan” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 105,2%), ən aşağı isə “Sabirabad” EŞ-də (40,9%) qeydə alınıb.
Xatırladaq ki, “Azərenerji” ASC-nin əsas funksiyası Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalının və ötürülməsinin idarə edilməsini həyata keçirməkdir. Bununla yanaşı, Səhmdar Cəmiyyət hazırda Bakı şəhəri, onun rayonları və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin digər ərazilərində elektrik enerjisinin paylanmasını da həyata keçirir.

667