“Azərsu” Qəbələnin su təchizatını yaxşılaşdırır - FOTO
“Azərsu”nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 7-də təməlqoyma mərasimi keçirilən layihəyə uyğun olaraq, artıq Qəbələ şəhərində sugötürücü qovşaq, su anbarları tikilir, anbarlararası boru xətləri çəkilir, subartezian quyuları qazılır.
Qəbələnin şimalında Dəmiraparan çayının sahilində suqəbuledici kompleks - hər birinin tutumu 1000 kub metr olan 2 ədəd su anbarı, xlorator qurğusu və laboratoriya binasının inşasına başlanıb. Paralel olaraq ərazidə 2 sınaq və 1 istismar quyusu qazılıb, 3 istismar quyusunun qazılmasına isə hazırlıq görülür. Mütəxəssislər sınaq quyularının özünü doğrultduğunu və layihədə nəzərdə tutulduğu qədər su verdiyini bildiriblər. Gələcəkdə 5 quyudan saniyədə 62,5 litr su çıxarılacaq və bu, istehlakçıların tələbatını tam ödəyəcək.
Podratçı şirkət suyun əhaliyə özüaxımlı rejimdə verilməsini təmin etmək üçün Qəbələnin coğrafi hündür nöqtələrində 6 yeni anbar inşa edir. Mövcud 2 anbar isə yenidən qurulub istismara veriləcək. Ümumilikdə bu anbarların su tutumu 4400 kub metr təşkil edəcək. “Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin 2-ci mərhələsində su və kanalizasiya şəbəkəsinin yenidən qurulması, 3-cü mərhələsində isə çirkab su təmizləyici qurğunun tikintisi planlaşdırılır.
Qeyd edək ki, Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Dünya Bankının Azərbaycan Hökuməti ilə birlikdə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilir.

892