Azerfon-Vodafone “Elektron Təhsil”-ə dəstək olur - FOTO
18 iyun 2011-ci il tarixdə Azerfon-Vodafone-nun dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyində “Elektron Təhsil” Respublika müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.
Lent.az xəbər verir ki, mərasimdə Azərbaycanın təhsil sahəsində keçirilən ən genişmiqyaslı müsabiqənin qalibləri elan edilib. Ümumiyyətlə müsabiqədə 601 layihə iştirak edib. Bunların arasından yalnız 98 nominant seçilib.
“2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən bu müsabiqə Azerfon-Vodafone və bir sıra mötəbər şirkətlər tərəfindən dəstəklənir. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından və İnternet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq o cümlədən, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Azerfon-Vodafone ölkənin ən innovativ operatoru olaraq, Azərbaycanda təhsilin inkişafı üçün müasir texnologiyaların tətbiqini təşviq edir. Azerfon-Vodafone-nun 3G texnologiyasına əsaslanan bir sıra məhsul və xidmətləri artıq təhsil prosesində tətbiq edilməkdədir. Belə ki, 3G kameraları vasitəsilə valideynlər Bakı şəhəri 47 saylı orta məktəbdə ibtidai sinif şagirdlərinin davamiyyəti və dərs prosesində iştirakını canlı olaraq müşahidə edə bilərlər.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28