“Bilayn”da 10 dəqiqə = “Azercell”də 1 dəqiqə...
Qırğızıstanın İssık-Kul vilayətində Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə növbəti regional konfrans keçirilib.
MSŞT Koalisiyasının İnformasiya Xidmətindən Lent.az-a verilən məlumata görə, dəyərləndirmədən sonrakı vəziyyətin müzakirəsinə həsr olunmuş konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Monqolustanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, şirkət və hökumət təmsilçiləri iştirak ediblər.
MSŞT üzrə beynəlxalq İdarə Heyətinin regional direktoru, Dünya Bankının region üzrə MSŞT departamentinin rəhbəri və Gəlirlərə Nəzarət İnstitutunun Müşahidə Şurasının sədri də konfransda iştirak edib. Koalisiyanın Şura əlaqələndiricisi Qubad İbadoğlu bildirib ki, tədbirdə əsas diqqət regionda MSŞT-nin hüquqi tənzimlənməsi, hesabatlıq, kommunikasiya, MSŞT prosesində hökumət, şirkətlər və vətəndaş cəmiyyətinin rolu kimi məsələlərə yönəldilib. Qubad İbadoğlunun iki mövzuda təqdimatı olub. O, birinci təqdimatda MSŞT hesabatlarının təkmilləşdirilməsinə, Azərbaycanda MSŞT-nin tətbiqində baş verən dəyişikliklərə və qarşıya çıxan problemlərə diqqət yönəltməyə çalışıb. İkinci təqdimatı isə Koalisiyanın hazırladığı “MSŞT haqqında” qanun layihəsinə həsr olunub. Başqa sözlə, Qubad İbadoğlu MSŞT-nin idarə olunmasının hüquqi bazasını təqdim edib, Azərbaycanda bununla bağlı qəbul edilmiş sənədlər və yeni təşəbbüslər barədə konfrans iştirakçılarını məlumat verib.
Qubad İbadoğlu konfransın sonunda ölkələr üçün həm fərdi hesabatlıq, həm də qanunverici bazanın daha təkmil, daha mükəmməl olması ilə bağlı tövsiyələrin də qəbul olunduğunu nəzərə çatdırıb. Ölkələrə o da tövsiyə olunub ki, hesabatlarını daha əlçatan etsinlər.
Qubad İbadoğlu Qırğızıstanda qiymətlərin Azərbaycanla müqayisədə dəfələrlə aşağı olmasından da bəhs edib. Onun sözlərinə görə, bu, alıcılıq qabiliyyətinin aşağı olması, əmək haqlarının səviyyəsinin Azərbaycanla müqayisədə geri qalması ilə izah oluna bilər. Amma qiymətlər arasında o qədər böyük fərq var ki, bu, həmin ölkədə aşağı əməkhaqqı ilə belə yaşamağın mümkünlüyünü göstərir. Qırğızıstanda əsas mobil operatorlardan biri “Bilayn”dır, digər operator isə “Meqafon”dur. Qırğızıstanda “Bilayn”da şəbəkədaxili zənglərin 10 dəqiqəsinin qiyməti Azərbaycanda “Azərcell”in şəbəkədaxili 1 dəqiqəsinin qiymətinə bərabərdir.

731