Metro vaqonlarımız kondisionerli olacaq
18 iyun 2011 19:43 (UTC +04:00)

Metro vaqonlarımız kondisionerli olacaq

Metropolitenin texniki-istehsalat şöbəsinin rəisi Fuad Tağızadə «APA-ECONOMICS»ə verdiyi açıqlamasında bildirib ki, metropolitenin sifarişi ilə yeni alınacaq qatarlarda həm qış, həm də yay rejimində işləmək üçün kondisionerlər quraşdırılacaq.

Bundan başqa, metroda təhlükəsizliyin təmin edilməsi üçün vaqonlara və stansiyadakı platformalara müşahidə kameralarının quraşdırılması da davam edir. Hazırda metropolitendə ümumilikdə 2500-ə yaxın kamera quraşdırılıb. F.Tağızadənin sözlərinə görə, hər vaqonda 4 kamera var, stansiyalardakı kameraların sayı isə 40-60 arasındadır.

Metropoliten təmsilçisinin sözlərinə görə, kameralar həm metro işçilərinin fəaliyyətinə, həm də sərnişinlərə nəzarət etməyə imkan verir. Bütün kameraların göstəriciləri arxivləşdirilir və 1 ay saxlanır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar