Azərbaycan “cip” istehsalına başlayır –
Bu barədə “APA-ECONOMICS”ə Naxçıvan Avtomobil Zavodunun satış və marketinq departamentinin direktoru Tamerlan Abdullazadə bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı hazırlıq işləri aparılır.
Xatırladaq ki, hazırda zavodda “Lifan” avtomobilləri 4 modifikasiyada buraxılır – “Lifan-320”, “Lifan-520”, “Lifan-520i” və “Lifan-620”. Avtomobillərin mühərriklərinin həcmi 1,3-1,6 litr, qiymətləri 8 200-12 400 manat arasındadır.
Zavodda taksi avtomobilləri də istehsal edilir - onların qiyməti 11 800 manat, kreditlə 12 700 manat təşkil edir. Taksi avtomobilləri 30% ilkin ödənişlə 2 illiyə satılır. Sığorta, icbari sığorta və notarius haqqı da daxil olmaqla ilkin ödənişin məbləği 4203 manat təşkil edir. Avtomobillərə 2 il və ya 40 min kilometr üçün zəmanət verilir. İndiyədək zavodda 280 ədəd taksi avtomobili istehsal edilib. Ondan 240 ədədi satılıb, 40-nın da sifarişçiləri var. Taksi avtomobillərinin hamısının alıcısı Naxçıvan MR-dədir.
Naxçıvan Avtomobil Zavodunun istehsal gücü 5 min avtomobildir. Bu il 2 minə yaxın avtomobilin istehsalı nəzərdə tutulur.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28