Asiya İnkişaf Bankı Gəncə dairəvi yolunun tikintisindən narahatdır
İyunun 20-də Asiya İnkişaf Bankının (AİB) nəqliyyat mütəxəssisi Reddy Bathula Balabhaskaranın rəhbərlik etdiyi missiya AİB-in maliyyələşdirdiyi Masallı-Astara yolunun tikintisinin hazırkı vəziyyətini qiymətləndirmək üçün Azərbaycana gələcək. AİB-in Azərbaycandakı nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, missiya layihənin maliyyələşdirilməsi məqsədi ilə yeni kreditin alınması üçün sənədləşmə işlərini də yekunlaşdıracaq.
Səfər çərçivəsində missiya Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin rəsmiləri ilə və “Azəryolservis”in nümayəndələri ilə görüşəcək. Nümayəndə heyəti layihənin institusional, inzibati, təşkilati, texniki, ətraf mühit, sosial, iqtisadi və maliyyə tərəflərini nəzərdən keçirəcək.
İyunun 23-də isə layihələr üzrə aparıcı mütəxəssis Fərəc Hüseynbəyovun rəhbərliyi altında missiya AİB tərəfindən maliyyələşən digər bir layihəni - Gəncə şəhərinin yanından keçən dairəvi yolun tikintisini nəzərdən keçirəcək. Fərəc Hüseynbəyov bildirib ki, AİB Gəncə dairəvi yolunun tikintisinin zəif gedişatından çox narahatdırlar: “2012-ci ilin aprelində kredit bağlanılmalıdır. Ona görə də biz tikinti işlərinin 2011-ci ilin dekabrından əvvəl yekunlaşacağını gözləyirik. Biz layihəni icra edən heyətlə, müqaviləçilərlə və məsləhətçilərlə görüşüb dolama yolun tikintisinin sürətləndirilməsi üçün lazım olan addımları razılaşdıracağıq”.
AİB-lə Azərbaycan hökuməti arasındakı razılaşmaya əsasən, AİB Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə yaxınlığından keçən iki zolaqlı 39 kilometrlik yolun bərpası üçün 55,4 milyon ABŞ dolları ayırıb. Yol layihəsi paytaxt Bakını Gürcüstan sərhədi ilə birləşdirən şərq-qərb magistralının tərkib hissəsidir. Yol Azərbaycanın II kateqoriyalı yol standartlarına cavab verəcək. Yolun eni 7,5 metr olacaq. “Azəryolservis” ASC ilə sifarişçilər arasında müqavilə 2008-ci il dekabrın 26-da imzalanıb. Tikinti işlərinə 2009-cu ilin avqustunda başlanılıb.

599