DəmirBank-ın aktivləri 11,5 faiz artıb
16 iyun 2011 14:39 (UTC +04:00)

DəmirBank-ın aktivləri 11,5 faiz artıb

DəmirBank-ın aktivləri 1 iyun 2011-ci il tarixinə 315,5 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 32,5 mln. manat və ya 11,5% çoxdur. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 36,8 mln. manat və ya 18,4% artaraq 236,8 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 iyun 2011-ci il tarixinə 115,5 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 iyun 2011-ci il tarixinə 91,5 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 12,7% və ya 10,3 mln. manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 iyun 2011-ci il tarixinə 20 mln. manat, məcmu kapitalı isə 48,5 mln. manat olub.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643

Oxşar yazılar